Binəqədidəki yanğında zəhərlənən uşaqlar evə buraxıldı


Xəbər verdiyimiz kimi, səhər saatlarında Bakının Binəqədi rayonunda, Koroğlu 74 ünvanında yaşayış binasında baş vermiş yanğın nəticəsində 2 azyaşlı xəsarət alıb.

Yeniavaz.com-un “Trend”ə istinadən məlumatına görə, 2011-ci il təvəllüdlü Mehdiyev Emil və 2016-cı il təvəllüdlü Mehdiyeva Dəniz tüstüdən zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə yerləşdiriliblər.

Baş verən yanğında tüstüdən zəhərlənən iki azyaşlı bir müddət sonra evə buraxılıb. Toksikologiya Mərkəzində azyaşlılara ilkin tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş hesab edilib.

Qeyd edək ki, Binəqədidə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 28 m² olan bir otaqlı mənzilin mətbəxində mətbəx əşyaları 6 m² sahədə yanıb. Yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 2 m² sahədə qarsalanıb. Məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

DİGƏR XƏBƏRLƏR

Top