ABŞ-da təyyarə qəzaya uğrayıb - 5 nəfər ölüb


ABŞ-da iki motorlu bir təyyarə gölə düşüb. Təyyarədə olan 5 nəfərin həyatını itirdiyi məlum olub.

Yeniavaz.com Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə Florida ştatında baş verib.  “Piper PA-23-250 Aztec” tipli təyyarə Okiçobi gölünə düşüb. Təyyarənin Tampa hava limanından qalxdığı və Pahoki hava limanına enməyə hazırlaşdığı vaxt hadisənin baş verdiyi bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top