Gəncədə bayram yarmarkası təşkil olunub - FOTO


Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə satış yarmarkası təşkil olunub.

Yarmarkada müəssisə və şirkətlər alıcılara bazar qiymətindən aşağı ərzaq, şirniyyat, un məmulatları, kənd təsərrüfatı məhsulları təqdim ediblər. Həmçinin fərdi şəxslər tərəfindən yarmarkaya meyvə, tərəvəz məhsulları da çıxarılıb.

Yeniavaz.com xəbər verir ki, yarmarkanın təşkil olunmasında əsas məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır.

Qeyd edək ki, Gəncə şəhərində “Novruz Bayramı Yarmarkası” hər həftənin şənbə və bazar günləri olmaqla Novruz bayramınadək mütəmadi təşkil olunacaq.

Vüqar Nəbiyev

DİGƏR XƏBƏRLƏR

Top