
Rusiya Prezidenti Vladimir Putin iş həyatı və evi idarə etmək kimi həyatın hər sahəsində çalışdıqları üçün rus qadınları təbrik etdikdən sonra gözəl qaldıqlarına görə təşəkkür edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, V. Putin, həmçinin intihar etmək istəyənlərin rus qadın polisləri gördükdən sonra yenidən yaşamaq istədiklərini bildirib.
V.Putin 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bir qrup qadın polislə görüşərək onları təbrik edib. O, qadının töhfəsi olmadan ölkənin tarixi və inkişafının düşünülməsinin mümkün olmadığını qeyd edib: “Evdə, işdə hər şeyi idarə etməklə yanaşı, gözəl, parlaq qala bilirsiniz”. O, qadın polislərə bir sıra məsləhətlər də verib: “Gənc bir qadının bədən formasını qorumaq üçün nələrə ehtiyacı var? Üç şey: trenajor, masajçı və kişi namizəd. Qadın polislər keşik çəkdikləri zaman park sahələrində qəza sayı azalır. Çünki intihar etmək istəyənlər sizi görəndə yenudən yaşamaq istəyir”.