Venesuelanın qaranlığa qərq olmasının səbəbi açıqlandı


Venesuelanın praktiki olaraq bütün ərazisində elektrik enerjisinin kəsilməsi kiberhücumların nəticəsində baş verib.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Venesuelanın rabitə və mədəniyyət məsələləri üzrə vitse-prezidenti, rabitə və informasiya naziri Xorxe Rodriges deyib.
Onun sözlərinə görə, “Quri” su elektrik stansiyasının (SES) avtomatik nəzarət sisteminə yönəldilmiş kiberhücum təşkil edilib: “Hücuma cavab olaraq SES-in işi dayandırılıb ki, bu da elektrik enerjisi təchizatının dayandırılmasına gətirib çıxarıb”.
X.Rodriges Venesuelanın enerji sisteminə hücumun ABŞ-dan həyata keçiriləc biləcəyini ehtimal edib: “Bununla əlaqədar Venesuela BMT-nin insan haqları üzrə ali komissarı Mişel Baçletə şikayət verəcək”.
Xatırladaq ki, ötən cümə axşamı Karakas və Venesuelanın əksər ştatı elektrik enerjisiz qalıb.

DİGƏR XƏBƏRLƏR

Top