Çexiya müdafiə naziri Lubomir Metnar Rusiyanı NATO-nun əsas təhdidləri siyahısına daxil edib.
Bu barədə RİA Novosti xəbər verir.
"Təhdidlər sırasında birinci yerdə terrorçuluq durur - lokal terrorçu təşkilatlıran genişlənməsi təhlükəsi mövcuddur. İkinci pillədə kiberhecumlar, üçüncü yerdə isə Rusiya tərəfdən gələn təhlükədir", - deyə nazir qeyd edib.
Müdafiə naziri Rusiya tərəfindən gələn təhlükəni ordunun silahlandırılması, qoşunların yerdəyişməsi, mütəmadi hərbi təlimlərin keçirilməsi, habelə keçmiş sosialist bloku ölkələri ilə bağlı baş verən hadisələri əlaqələndirib. (oxu.az)