Rumıniyada qripdən ölənlərin sayı artır


Rumıniyada qripdən ölənlərin sayı 166-ya çatıb. Sonuncu dəfə Buxarestdə 69 yaşlı kişi A tipli qripdən ölüb.

Bu barədə Rumıniyanın Epidemiyalara Nəzarət Milli Mərkəzi məlumat yayıb.

Məlumatda ölənlərin qrip əleyhinə peyvənd edilməyən şəxslər olduqları bildirilib.

Qeyd edək ki, yanvarın sonunda səhiyyə naziri Sorina Pintea ölkədə qrip epidemiyasının olduğu barədə məlumat vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top