Azərbaycanda ailə başçısının qadın olduğu ev təsərrüfatlarında adambaşına düşən ümumi istehlak xərcləri ailə başçısının kişi olduğu ev təsərrüfatlarından daha çoxdur. Yeniavaz.com Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, qadın ailə başçılarının istehlak xərcləri kişi ailə başçılarının xərclərilə müqayisədə 5,3% daha çoxdur.
Qadın ailə başçılarının istehlak xərcləri tütün məmulatları, alkoqollu içkilər və nəqliyyat xərcləri istisna olmaqla digər istiqamətlərdə kişi ailə başçılarından daha çox olub.
Qadın və kişi ailə başçılarının olduğu evlərdə adambaşına düşən aylıq istehlak xərcləri (manatla) aşağıdakı kimi olub:
Kişi | Qadın | |
Ərzaq məhsullarına | 117,2 azn | 122,3 azn |
Alkoqollu içkilərə | 1,6 azn | 1,3 azn |
Tütün məmulatlarına | 4,1 azn | 2,5 azn |
Paltar və ayaqqabıya | 17,5 azn | 20,5 azn |
Su, işıq, qaz və digər yanacaq növlərinə | 20,2 azn | 22,4 azn |
Ev əşyaları, məişət texnikası və evə gündəlik qulluğa | 24 azn | 26,5 azn |
Səhiyyə xidmətlərinə | 12,8 azn | 14,9 azn |
Nəqliyyat xərclərinə | 17,2 azn | 15,2 azn |
Rabitə xərclərinə | 8,8 azn | 10,1 azn |
İstirahət və mədəniyyət xərclərinə | 11,6 azn | 12,3 azn |
Təhsil xərclərinə | 5,1 azn | 5,4 azn |
Mehmanxana, kafe, restoran və yeməkxanaya | 23,4 azn | 23,4 azn |
Digər mal və xidmətlərə | 12,5 | 13,8 azn |
CƏMİ | 276 azn | 290,7 azn |