Trampdan xanım baş nazirə və arvadına hörmətsizlik - VİDEO


ABŞ prezidenti Donald Tramp Çexiya baş naziri Andrey Babişlə görüşü zamanı növbəti dəfə tənqid hədəfinə çevrilib. Amerikalı lider birinci ledi Melaniya Trampla birgə Ağ Evin girişində baş nazir və onun həyat yoldaşını salamlayıb. Birinci xanımlar qapının girişində birgə foto üçün dayansalar da, siyasətçilər dərhal iqamətgaha daxil olublar. Qadınlar bir-birilərinə baxaraq çiyinləri çəkib, onların ardınca iqamətgaha daxil olublar. Bir çox sosial şəbəkə istifadəçisi Trampı bu addımına görə tənqid edib və ABŞ liderinin daha əvvəl də Melaniyanı unutduğunu xatırladıblar. (Qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top