Dünyanın ən bahalı avtomobili 16,5 milyon avroya satılıb


Buqatti dünyanın ən bahalı avtomobilini Cenevrə Avtomobil Sərgisində nümayiş edib. Avtomobil 16,5 milyon avroya satılıb. Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, Cenevrə Avtomobil Sərgisində dünyanın ən bahalı avtomobili nümayış etdirilib. “Qara Avtomobil” mənasını verən La Voiture Noire 16, 5 milyon avroya satılıb. Sadəcə bir ədəd istehsal edilən avtomobilin “W16” tipli mühərriki 1500 at gücünə bərabərdir. Tamamilə karbon lifindən istehsal olunan avtomobili kimin aldığı isə hələ ki, məlum deyil.
 

DİGƏR XƏBƏRLƏR

Top