Bakıda qadın sürücülərə hədiyyələr verildi - Fotolar


Bakı Nəqliyyat Agentliyi (BNA), və Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) Dövlət Yol Polisi İdarəsi (DYP) 8 Mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədar ənənəvi aksiyasını keçirir. Yeniavaz.com BNA-ya istinadən xəbər verir ki, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə keçirilən aksiya zamanı şəhərin müxtəlif yerlərində qadın sürücülər saxlanılır və il ərzində inzibati xətası qeydə alınmayan, saxlanılmayan, barəsində inzibati tənbeh seçilməyən qadın sürücülər müəyyən edilərək, BNA və DYP əməkdaşları tərəfindən “Nümunəvi qadın sürücü” elan edilərək gül buketi, müxtəlif hədiyyə və kuponlarla mükafatlandırılır.


DİGƏR XƏBƏRLƏR

Top