Bu ölkədə “şəpit” geyinməyin 2500 avro cəriməsi var – SƏBƏB


İtaliyada  turistlər, dağlıq və cığır yollarında geyindikləri şəpitə görə çətin vəziyyətə düşdükləri üçün qəribə bir qadağa gətirilib. Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, İtaliyanın turizm potensialı ən yüksək şəhərlərindən sayılan Cinque Terredə barmaqarası şəpit geyinənlərə 2500 avro pul cəriməsi tətbiq olunacaq. Buna səbəb isə həmin şəhərin sahil yollarının dağlıq və dar olmasıdır. Bu səbəbdən də turistlər çox vaxt belə yollarda çıxılmaz vəziyyətdə qalırlar. Təhlükəsizlik əməkdaşları bu səbəbdən gücləndirilmiş sistemə keçiblər.

DİGƏR XƏBƏRLƏR

Top