Bakıda müəllim şagirdi vəhşicəsinə döydü - VİDEO


Bakının binəqədi rayonunda orta məktəbdə şok hadisə baş verib. Bu barədə şəhər sakinləri şikayət ediblər. Bildirilir ki, 30 saylı orta məktəbin Mehman adlı hərbi hazırlıq müəllimi şagirdlərlə vəhşicəsinə hərəkətlər edir. Müəllim şagirdləri döyür və təhqir edir. məktəbin 11-ci sinif şagirdlərindən biri müəllimin hərəkətlərini çəkib və görüntüləri yayımlayıb. Videodan da göründüyü kimi müəllim uşağın ağzına, başına və bədəninin müxtəlif hissələrinə zərbələr endirir. Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov bildirib ki, şikayətlə bağlı araşdırma aparılacaq. (baku.ws)

DİGƏR XƏBƏRLƏR

Top