Özbəkistan Prezidentinin kürəkəni federasiya rəhbəri seçilib


Özbəkistan Triatlon Federasiyasının prezidenti vəzifəsinə ölkə prezidenti Şafkat Mirziyoyevin kiçik qızının əri Otabek Umarov seçilib. 

Özbəkistan Milli Olimpiya Komitəsinin (MOK) rəsmi saytının məlumatına görə, bu, federasiyanın Növbədənkənar Hesabat-Seçki Konfransında gerçəkləşib. İclasda MOK prezidenti Ümid Əhmətcanov, federasiya rəhbərliyi, digər rəsmi şəxslər, hakimlər və idmançılar iştirak ediblər.  

Qeyd edək ki, O.Umarov həm də Özbəkistan Dövlət Təhlükəsizliyi Xidməti sədrinin I müavinidir. (report)

DİGƏR XƏBƏRLƏR

Top