İslam Kərimovun qızı ABŞ-da 865 milyon dollar rüşvət almaqda ittiham olunur

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanı ABŞ-da çirkli pulların yuyulması, habelə 865 milyon dollar məbləğində rüşvət almaqda ittiham edirlər.

Bu barədə RİA Novosti agentliyinə Nyu-Yorkun Cənub Dairəsi Prokurorluğundan bildirilib.

Qeyd olunur ki, onun barəsində cinayət işi başlanıb.

Prokurorluqda deyiblər ki, xaricilərlə əlaqəli korrupsiya qalmaqalları arasında bu, ən böyük hadisədir.

İşin digər detalları hələlik açıqlanmır.

(ONA)

DİGƏR XƏBƏRLƏR

Top