Zabratda tank əleyhinə mina tapılıb - FOTO


Martın 7-də Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində tank əleyhinə mina tapılıb.

Yeniavaz.com xəbər verir ki, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu və Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin, Sabunçu xətt polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Sabunçu Xətt polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-62M) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Minanın ətrafında 500 kv.m əraziyə yerüstü, 200 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

DİGƏR XƏBƏRLƏR

Top