ABŞ pilotsuz döyüş təyyarəsini sınaqdan keçirdi

 
ABŞ-ın Hərbi Hava Qüvvələri 2,5 ildir üzərində işlənən prototip pilotsuz döyüş təyyarəsini sınaqdan keçirib. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, “XQ-58A Valkyrie” adlı döyüş təyyarəsinin fotoqraf və test görüntüləri yayımlanıb.
 
Havaya qalxmaq və eniş etmək üçün uçuş zolağına ehtiyac duymayan təyyarə ilk uçuşu zamanı havada 76 dəqiqə qala bilib. Bu cür təyyarələr 3 min kilometrədək uça bilir. “XQ-58A Valkyrie” kiçik çaplı bombalarla yanaşı, elektronik müharibə və kəşfiyyat ünsürləri ilə təchiz edilib.

DİGƏR XƏBƏRLƏR

Top