Rusiya 3 milyard dollar qarşılığında atom sualtı qayığını icarəyə verəcək

 
Rusiya Hindistana yeni atom sualtı qayığını icarəyə verib. Yenivaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya və Hindistan bu barədə hökumətlərarası saziş imzalayıblar.
 
Nə Hindistan, nə də Rusiya tərəfi bu məlumatı hələ rəsmi təsdiq etməyib. Sazişin 3 milyard dollar təşkil etdiyi bildirilir. Qeyd edilir ki, submarinanın tikintisi 2025-ci ilədək başa çatacaq. İcarə müddəti azı 10  il təşkil edəcək.
 
Qeyd edək ki, Hindistan ordusunun silah və hərbi texnikasının 70 faizindən çoxu Rusiya və SSRİ istehsalıdır. Rusiya hər il bu ölkəyə bir neçə milyard dollarlıq texnika və silah tədarük edir. 

DİGƏR XƏBƏRLƏR

Top