
8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərin fəal qadınlarını təbrik edib. Bu münasibətlə H.Əliyev mərkəzində düzənlənən musiqili-əyləncəli tədbirdə çıxış edən başçı qadınlara can sağlığı, ailə səadəti və işlərində müvəfəqiyyətlər arzulayıb. Eyni zamanda qeyd etmişdir ki, Azərbaycan qadını elm və təhsil, səhiyyə və mədəniyyət, eləcə də digər sahələrdə qazandığı uğurları ilə öz nüfuzunu ilbəil artırmağa müvəffəq olmuşdur. İcra başçısı gənc nəslin milli adət-ənənələrə, azərbaycançılıq məfkürəsinə bağlılıq ruhunda tərbiyəsi işində qadınların xüsusi rolundan danışıb.
Daha sonra tədbirdə şəhərin fəal qadınları çıxış edərək şəhərdə aparılan quruculuq və abadlıq işlərinə münasibət bildiriblər və eləcə də şəhər rəhbərinin qadınlara işlərində göstərilən diqqət və qayğısından söz açıblar.
İcra hakimiyyəti tərəfindən şəhərin ictimai-siyasi həyatında göstərdikləri səmərəli fəaliyyətlərinə görə bir qrup qadına fəxri fərman və gül dəstəsi təqdim edilmişdir.
Şəhərin mədəniyyət işçilərinin və Uşaq Gənclər İnkişaf mərkəzinin “Sevinc”rəqs qurupunun şən musiqiləri ədbirə rəngarənglik qatıb.
Esmira Hidayəova, Mingəçevir.

