Ana imtahanda aşağı bal toplayan oğlundan imtina etdi - Çində


Çində qadın imtahanda aşağı bal alan 12 yaşlı oğlundan imtina edib. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, polislərə yanaşan oğlan uşağı imtahanda aşağı qiymət aldığına görə tərk edildiyini bildirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun anası ilə əlaqə saxlayıblar, ana oğlundan imtina etməyə hazır olduğunu təsdiqləyib. Ana bildirib: “O daha mənə lazım deyil. Onunla nə istəyirsinizsə edin, hətta məni mühakimə edə bilərsiniz”. Oğlanı polis məntəqəsindən dayısı götürüb. Oğlundan imtina edən ana ilə bağlı hansı qərar verildiyinə dair məlumat verilmir. Lakin bildirilir ki, oğlan imtahanda 100 baldan 81 bal toplayıb. Qadın oğlunun azı 95 bal toplayacağına ümid edirdi.

DİGƏR XƏBƏRLƏR

Top