Təcridxanaya heroin keçirmək istədi, tutuldu


Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Yeniavaz.com-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən həbs edilmiş Əhmədov Rəşad İnqilab oğluna Bakı şəhər sakini Aslanov Nazim Sübhan oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan coraba xüsusi üsulla hopdurularaq gizlədilmiş 1,147 qram "heroin" aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top