Mərkəzi Bankın valyuta ehtiyatları 106 milyon dollar artıb


Bu ilin fevral ayında Mərkəzi Bankın valyuta ehtiyatları 106 milyon dollar və ya 1,9% artaraq 5 milyard 761,9 milyon dollara yüksəlib. Yeniavaz.com Mərkəzi Bankın açıqladığı statistik göstəricilərə istinədən bildirir ki, ötən bir il ərzində valyuta ehtiyatları 374,7 milyon dollar və ya 6,9% artıb.
Qeyd edək ki, 2018-ci ilin mart ayının əvvəlində Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 387,3 milyon dollar həddində olub. 
Son 13 il­də Mər­kə­zi Ban­kın
val­yu­ta eh­ti­yat­la­rı:
TARİX VALYUTA EHTİYATLARI
31.12.2006 1 967,3 mln. $
30.11.2007 3 370,4 mln. $
30.12.2008 6 137 mln. $
29.12.2009 5 161,7 mln. $
30.12.2010 6 407,6 mln. $
30.12.2011 10 481,5 mln. $
31.12.2012 11 694,8 mln. $
30.12.2013 14 152 mln. $
31.12.2014 13 758,3 mln. $
30.12.2015 5 016,7 mln. $
30.12.2016 3 974,4 mln. $
29.12.2017 5 334,6 mln. $
30.12.2018 5 590,9 mln. $
28.02.2019 5 761,9 mln. $
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top