Azərbaycandan qaçmaq istəyən rəis müavini həbs edildi


Nərimamov Rayon Məhkəməsində 13-cü Polis bölməsinin rəis müavini, polis mayoru Mehman Əsədovun və tanışı olan Aygün adlı qadın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

Məhkəmə vəsatəti təmin edib. Hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məlum olub ki, M. Əsədov hava limanında yaxalanıb. İttihama görə, o, Aygün adlı şəxslə əlbir olaraq, vətəndaşlara əlillik dərəcəsi vermək adı ilə dələduzluq edib. Bu yolla onlar vətəndaşların hissə-hissə olmaqla, təxminən 500 min manata qədər pullunu mənimsəyiblər.(ona)

DİGƏR XƏBƏRLƏR

Top