Azərbaycanın ilk və son qadın dövlət başçısı dəfələrlə həbs olunub


Azərbaycan tarixində ilk və son qadın dövlət başçısı - Yelena Dmitriyevna Stasova 1920-ci ilin 9-15 sentyabr tarixləri arasında vəzifədə olub. Yeniavaz.com xəbər verir ki, Yelena Stasova həm də Azərbaycan tarixində ən qısa müddətli (cəmi 6 gün) dövlət başçısı hesab olunur.
Məlumat üçün bildirək ki, 1920-ci ilin 9-15 sentyabr tarixləri arasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin sədri və eyni zamanda da dövlət başçısı olan Yelena Stasova 3 oktyabr 1873-cü ildə Sankt-Peterburq şəhərində anadan olub. Peşəkar inqilabçı olan Azərbaycan ilk və son qadın dövlət başçısı çarın xüsusi xidmət orqanlarından gizlənmək üçün  müxtəlif adlardan və gizli ləqəblərdən istifadə edib. Absolyut, Varvara İvanovna, Quşa, Delnaya, Delta, Zelma kimi adlar və ləqəblər bunlardan bəziləri olub.
Leninin həyat yoldaşı Nadejda Krupskaya ilə yaxın rəfiqə olan Yelena Stasova xaricdən bolşeviklərə silah və pul gətirilməsində yaxından iştirak edib. Gələcəkdə Azərbaycanın ilk və son qadın dövlət başçısı olacaq Yelena Stasova dəfələrlə həbsdə olub. Keçmiş dövlət başçımız Çar Rusiyasının ən nüfuzlu memarlarından olan Vasili Stasovun da nəvəsidir.
İlk və son qadın dövlət başçımız Yeni İl axşamı  - 31 dekabr 1966-cı ildə Moskvada vəfat edib və məzarı "Qızıl Meydan"da yerləşir.
 

DİGƏR XƏBƏRLƏR

Top