Nazir müavini bərbad vəziyyətə olan məktəbə getdi


Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva cənub bölgəsinə səfəri çərçivəsində Cəlilabad rayonu Təzəkənd kənd 1 nömrəli tam orta məktəbdə də olub. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov "facebook" hesabında nazir müavininin həmin məktəbə getdiyini sosial şəbəkədə yazıb. O qeyd edib ki, məktəbin şagird-müəllim kollektivi ilə görüşən nazir müavini siniflərdə olub, binaya baxış keçirib. Məktəb kollektivi ilə görüşdə təhsil ocağının əsaslı təmir üçün Dövlət Proqramına daxil edildiyini bildirib. Qeyd edək ki, sosial şəbəkələrdə Cəlilabad rayonu Təzəkənd kənd 1 nömrəli tam orta məktəbin bərbad vəziyyətdə olması ilə bağlı fotolar paylaşılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top