
Hindistanın Cammu və Kəşmir ştatında avtobus dayanacağında partlayış baş verib. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, partlayış nəticəsində 18 nəfər xəsarət alıb. İnsident statin mərkəzində olub. Partlayış qurğusu avtobusun altında quraşdırılıb. Polis ərazini mühasirəyə alıb və hadisəni araşdırır. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.