Yeraltı piyada keçidindən keçməyən türkiyəli öldü - Bakıda


Gecə saatlarında Bakının Babək prospektində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

“Nissan X-trail” markalı, 90 SE 567 dövlət nömrə nişanlı avtomobilin sürücüsü İbrahimzadə Emin Əli oğlu yolu keçmək istəyən 1982-cü il təvəllüdlü Türkiyə vətəndaşı Serkan Mehtikarsı vurub.

Nəticədə, piyada yerindəcə dünyasını dəyişib. 

Qeyd edək ki, qəza baş verdiyi yerdən 30 metr yaxınlıqda piyadalar üçün nəzərdə tutulmuş yeraltı keçidin olmasına baxmayaraq, piyada ondan istifadə etməyib. 

Faktla bağlı araşdırma aparılır. (oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top