Çinin “Huawei” telekommunikasiya şirkəti ABŞ hakimiyyətini məhkəməyə verib. Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, iddia Texasdakı ABŞ-ın dairə məhkəməsinə daxil olub. Buna səbəb hökumət strukturları üçün şirkətin avadanlıqlarının alınmasına qadağa qoyulmasıdır. Şirkət bəyan edir ki, ABŞ Konqresi bu məhdudiyyətlər üçün əsas gətirə bilməyib. “Huawei” məhdudiyyəti qeyri-konstitusion adlandırıb. Eləcə də ABŞ hökumətini “Huawei” serverlərini sındırmaqda və şirkətin elektron məktublarına qanunsuz baxmaqda ittiham edib.
“Huawei” ABŞ hakimiyyətini məhkəməyə verdi