Xaçmazda yanğın: ata və azyaşlı oğlu öldü

Xaçmaz rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata əsasən, rayonun Yalama kəndində 1 otaqlı evdə baş verən yanğın zamanı 1984-cü il təvəllüdlü Qədirov Əjdər Tofiq oğlu və onun oğlu 2013-cü il təvəllüdlü Qədirov Taleh dünyasını dəyişib.

Hər iki şəxsin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

DİGƏR XƏBƏRLƏR

Top