Putin və Medvedev Ermənistana səfər edəcəklər


İl ərzində Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedyevlə görüşlər baş tutacaq. Bunu Ermənistan baş naziri Nikol Paşinyan Rusiya Federasiyası rəhbərliyi ilə görüşlərin planlaşdırılmasına dair sualı cavablandırarkən bildirib.

"Bu il biz bir neçə dəfə görüşəcəyik – Məsələn Avrasiya İqtisadi Birliyinin sammiti çərçivəsində. Bundan əlavə mən ümid edirəm ki, bu il Vladimir Vladimiroviçin Yerevana, mənim isə Moskvaya rəsmi səfərim baş tutacaq", - deyən Paşinyan hazırda səfərilərin həyata keçirilməsinin müzakirə olunduğunu bildirib.

Onun sözlərinə görə, bir həftə əvvəl Rusiya prezidenti ilə baş tutan telefon danışığı zamanı səfərlərin həyata keçirilməsi vaxtları müzakirə olunub: "Mən telefonla Rusiya prezidenti ilə danışmışam. Telefon danışığı zamanı bu məsələni müzakirə etdik. Bundan əlavə baş nazir Dmitri Medvedevin də Yerevana səfəri gözlənilir. Aprelin 29-u Yerevanda Avrasiya İqtisadi Şurasının hökumətlərarası Komissiyasının Şurasının iclası keçiriləcək və Dmitri Medvedev də daxil olmaqla bütün baş nazirlər Yerevana gələcək". (sputnik.az)

DİGƏR XƏBƏRLƏR

Top