Lavrov: "ABŞ öz əl-qolunu açaraq raketləri yerləşdirməyə başlayarsa..."

 
ABŞ Orta və kiçik mənzilli raketlər haqqında müqaviləni pozan raketləri dünyanın bu və ya digər hissəsində yerləşdirərsə, Rusiyanın buna misliylə cavab vermək haqqı var. Yeniavaz.com RBK-ya istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
 
Onun sözlərinə görə, əgər ABŞ bu müqavilədən çıxaraq öz əl-qolunu açaraq hələlik müqavilə ilə qadağan edilmiş raketləri dünyanın bu və ya digər hissəsində yerləşdrməyə başlayarsa, Amerika istehsalı raketlər harada ortaya çıxmasından asılı olmayaraq, Rusiyanın həmin regionda öz raketlərinin olması üçün eynisini etmək hüququnu özündə saxlayır. Bununla belə, S.Lavrov qeyd edib ki, Rusiya yeni silah yarışmasına qoşulmayacaq. 

DİGƏR XƏBƏRLƏR

Top