Türkiyə və Rusiya hərbçiləri İdlibdə Suriyanın silahlı müxalif dəstələrinin terrorçulardan ayırda edilməsi üçün praktiki addımlar atırlar. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib: “Bizim hərbçilərimiz Suriya və Türkiyədən olan həmkarları ilə birlikdə bunu reallaşdırmağa imkan verə biləcək praktiki addımlarla məşğul olurlar”.
Xatırladaq ki, Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin 2019-cu il sentyabrın 17-də İdlib vilayətində oktyabrın 15-dək Suriya hökumət qoşunları və silahlı müxalifətin təmas xətti boyunca 15-20 kilometr dərinliyində silahsızlaşdırılmış zona yaratmaq barədə razılığa gəliblər. Lakin Ankara öz tərəfindən təhlükəsizlik şərtlərinə zəmanət verə bilmədiyindən əlavə vaxt və İdlibdə birgə keşik çəkmə başlamanın təxirə salınmasını istəyib.
Tətbiqimizi yükləyə bilərsiniz