Maduro Almaniyanın səfirinə 48 saat vaxt verdi

 
Venesuela hökuməti Almaniya səfiri Daniel Martini arzuolunmaz şəxs elan edib. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə Venesuela Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir.
 
Qeyd edilir ki, diplomat 48 saat ərzində ölkəni tərk etməlidir. Səfir vaxtaşırı olaraq Venesuelanın daxili işlərinə qarışmaqda ittiham edilir ki, bu da diplomatik münasibətlər üzrə normaların açıq şəkildə pozulmasıdır.
 
Venesuela XİN bəyan edir ki, səfirin ölkə müxalifəti ilə bağlantısı olub: “Karakas Avropanın bütün ölkələri ilə hörmətə əsaslı münasibətlər saxlamağa hazırdır. Bununla belə, onlar dövlət çevrilişini təşviq etməməlidir, əksinə ölkədə vəziyyətin dinc nizamlanmasına və dialoqun qurulmasına yardım etməlidir”.
 
 

DİGƏR XƏBƏRLƏR

Top