Ermənistanda kənd sakinləri yolu bağlayıb


Ermənistanın Armavir vilayətinin Qriboyedov kəndinin sakinləri martın 6-da Eçmiadzin-Marqara avtomobil yolunu bağlayıb.

Yeniavaz.com report-a istinadən xəbər verir ki, onlar kənddaxili yolun və Qriboyedovla başqa kəndləri birləşdirən avtomobil yollarının asfaltlanmasını tələb edirlər.

Sakinlər məsələ ilə bağlı vilayət administrasiyasına müraciət etdiklərini bildiriblər: "Orada bizə yolun asfaltlanmasının 50 faizini yerli hakimiyyətin, qalanını isə icmanın maliyyələşdirməsini təklif etdilər. Durduğumuz yerdən heç yerə tərpənməyəcəyik. Seçkilər zamanı bura Ermənistandan çoxlu sayda vəzifəli şəxslər gəlmişdi. Onlar bizi aldadıb getdilər. İndi də 50 faiz - 50 faiz söhbəti edirlər. Bizim vəsaitimiz olsaydı, heç onlara müraciət etməzdik".

Bildirilib ki, 2,5 km avtomobil yolunun asfaltlanmasına 50 milyon dram (102 min 43 dollar) maliyyə vəsait lazımdır. 

DİGƏR XƏBƏRLƏR

Top