Dilənçi: "Dolanışığımız pis deyil, ancaq evdə otura bilmirik" - FOTO


Mingəçevirdə bir neçə gündür ki,qaraçıların əlindən tərpənmək mümkün deyil. Əvvəllər küçələrdə rastlaşdığımız qaraçılarla indi marşurutlarda, daha çox bazar ətrafında və avtovoğzalda rast gəlmək mümkündür. Əslində isə qaraçı aldlandırdığımız bu insanların yoxsulluqdan ailəliklə küçələrə çıxıb diləndiklərinə şübhə etmək mənasız olar. Bu gün onlardan bir neçəsi ilə həmsöhbət olanda aydın oldu ki, onlar əslində öz peşələrini yerinə yetirirlər. Xatirə adlı gənc qaraçı deyir ki, 6 qızı var. Dolanışıqdan gileylənmədi.

Bildirdi ki, biz evdə otura bilmirik. Gərək hər gün çörək pulunu çıxaraq. Ona görə də qızları da götürüb dilənməyə çıxırıq. Onu da qeyd edək ki, şəhərdə insanların gur olan yerlərində qaraçılar dəstə-dəstə insanlardan pul dilənərək narahatçılıq yaradırlar. Şəhər sakinləri artıq bu mənzərə ilə qarşılaşmaqdan bezar olduqlarını bildirirlər. Sakinlər deyirlər ki, qaraçıların az yaşlı uşaqları arxamızca düşürlər. Qaraçılar daha çox bayram günlərində şəhərə axışırlar. Bu da insanlarda narahatçılığa səbəb olur. Onlar əsasən Yevlax, Ağdaş rayonlarından gəldiklərini deyirlər.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top