Bakı əhalisinin sayı açıqlandı: qadınlar kişilərdən çoxdur


2018-ci il ərzində Bakı şəhərinin əhalisinin sayı 14 min 940 nəfər və ya 0,7 faiz artaraq 2019-cu ilin yanvar ayının 1-i vəziyyətinə 2 milyon 277 min 500 nəfərə çatıb. Yeniavaz.com Bakı şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, əhalinin 49,7 faizini kişilər, 50,3 faizini qadınlar təşkil edib. Əhalinin bir kvadrat kilometrə düşən sayı 1064 nəfər olub.
 

DİGƏR XƏBƏRLƏR

Top