20 il əvvəl bibisini qaçıranı öldürən şəxs hakim qarşısına çıxarılıb


Bibisini qaçıran şəxsi bıçaqlayan Ağayəhya hakim qarşısına çıxarılıb. O, 20 il əvvəl baş verən hadisənin qisasını qanla alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Abbasov Ağayəhya Güloğlan oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Yeniavaz.com xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin baxış iclası martın 15-nə təyin edilib.

Qətl hadisəsi ötən ilin iyul ayında Şabran rayonunda baş verib.

Ağayəhya Abbasov 1970-ci il təvəllüdlü Əhmədov Rəşid Sabir oğluna ürək nahiyəsindən 2 dəfə bıçaq zərbəsi vuraraq qətlə yetirib.

İlkin məlumata görə, qətl hadisəsinin baş vermə səbəbi tərəflər arasındakı şəxsi münaqişə olub. 

Belə ki, Əhmədov təxminən 20 il əvvəl Ağayəhyanın bibisini qaçırıb və bir müddət birlikdə yaşadıqdan sonra onu atasının evinə qaytarıb. 

Sonradan Ağayəhyanın bibisi Cəlilabad rayonuna gəlin köçüb. Müəyyən zamandan sonra bibisinin bu ailə həyatı da uğursuz alınıb və yenidən atasınım evinə qayıdıb. 

Bundan sonra  Ağayəhyanın ailəsində söz-söhbət yaranıb. O, Rəşid Əhmədovu 20 il bundan əvvəlki hərəkətinə görə cəzalandırmaq qərarına gəlib və onu bıçaqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top