Paşinyan: Rusiyalı dostlarımız başa düşməlidir ki...


Ötən il Ermənistanda qeyri-zorakı, məxməri, xalq inqilabı baş verib. Və bizim üçün çox vacibdir ki, Rusiyada cəmiyyətin bütün təbəqələri onun məğzini və səbəblərini düzgün başa düşsünlər.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. O, təəssüflə qeyd edib ki, Rusiyada bir çox ekspert dairəsi Ermənistanda baş verənləri rəngli inqilab kimi təqdim etməyə çalışır: “Lakin bizim üçün çox vacibdir ki, rusiyalı dostlarımız və həmkarlarımız baş verənlərin heç bir geosiyasi kontekstinin olmamasını və prosesə heç bir xarici qüvvənin cəlb olunmamasını başa düşsünlər. Bu məsələ milli ləyaqət və mənim şəxsi ləyaqətim məsələsidir.  Erməni xalqının öz geosiyasi məqsədləri üçün istifadə edilməsi kimi şərh  bizim üçün təhqiramizdir”.

DİGƏR XƏBƏRLƏR

Top