Bu rayonda orta aylıq əməkhaqqı 1423 manat olub - RƏSMİ AÇIQLAMA


Yola saldığımız 2018-ci ildə Bakı şəhərində işçilərin orta aylıq nominal əməkhaqqının əvvəlki illə müqayisədə 0,3% və ya 2 manat 30 qəpik artaraq 788 manat 10 qəpik olub.
Yeniavaz.com Bakı şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.
Məlumat üçün onu da bildirək ki, 2017-ci ildə Bakı şəhərində orta aylıq nominal əməkhaqqı 2016-cı ilə nisbətən daha çox - 6,1% artıb.
Bakı şəhərinin rayonlarında orta aylıq nominal əməkhaqqı bu cür olub:
 
 
 
2018-ci ilin
yanvar-dekabr aylarında muzdlu işçilərin  sayı (nəfər)
2018-ci ilin
yanvar-dekabr aylarında orta aylıq nominal əməkhaqqı (manat)
Bakı şəhəri - cəmi 718 882 788,1
  o cümlədən rayonlar:
Binəqədi 47 092 453,9
Xətai 62 460 779,8
Xəzər 30 211 725,4
Qaradağ 25 000 1 041,7
Nərimanov 70 470 525,2
Nəsimi 164 244 656,6
Nizami 45 282 651,5
Pirallahı 8 118 1 476,8
Sabunçu 27 646 507,6
Səbail 113 971 1 423,0
Suraxanı 18 821 577,4
Yasamal 105 567 698,8
 
 

 

DİGƏR XƏBƏRLƏR

Top