Qəzada ölən azərbaycanlıların kimliyi məlum olub - yaralıların vəziyyəti ağırdır - SİYAHI


Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində 6 azərbaycanlı dünyasını dəyişib, 3-ü isə yaralanıb.

Yaralılar Nevinnomısk xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir. 

Ölən və yaralıların hamısının Ağcabədi rayonundan olduğu bildirilir. 

Bundan əlavə, qəzada ölən azərbaycanlıların kimliyi də məlum olub. Bunlar 1962-ci il təvəllüdlü Namiq Tohid oğlu Əhmədov, 1969-cu il təvəllüdlü Ələmdar Niftalı oğlu Abdullayev, 1975-ci il təvəllüdlü Rəsul Ənvər oğlu Həsənov, 1983-cü il təvəllüdlü Şəmsi Tanrıverdi oğlu İsmayılov, 1984-cü il təvəllüdlü Vüsal Alı oğlu Quliyev və 1988-ci il təvəllüdlü Xəyal Hamlet oğlu Şirinovdur. 

Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev "Report"un yerli bürosuna açıqlamasında qəzada ölənlərinin meyitlərinin hazırda morqda olduğunu və müəyyən prosedurlardan sonra Azərbaycana göndəriləcəyini bildirib. (Report)

DİGƏR XƏBƏRLƏR

Top