Bakıda yoldaşını bıçaqlayan adamın məhkəməsi başlayıb


Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Rəcəb Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
 

Yeniavaz.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
 
Məhkəmənin baxış iclası martın 12-nə təyin edilib.
 
Qeyd edək ki, hadisə ötən il Bakının Zığ qəsəbəsində baş verib. R.Məmmədov münaqişə zəminində həyat yoldaşı Günel Məmmədovanı bıçaqlayıb.
 
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümükün olub. Daha sonra R.Məmmədov həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top