Bakıda sərnişin daşıyıcılarının sayı 41-dən 36-ya endirilib


2018-ci ildə Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərinin marşrut şəbəkəsində həyata keçirilən islahatlar nəticəsində daşıyıcıların sayı 41-dən 36-ya endirilib. İslahatlar nəticəsində, həmçinin 39 marşrutun istismarçısı dəyişdirilib, 9 yeni marşrut təşkil edilib, 5-nin fəaliyyəti dayandırılıb və 32 marşrutun hərəkət sxemi sakinlərin müraciətlərinə və araşdırmaların nəticəsinə əsasən dəyişdirilib. Müəyyən marşrutların fəaliyyəti dayandırılmaqla və tələbata uyğun yeni marşrutların təşkil edilməsi ilə onların sayı optimallaşdırılaraq 146-dan 149-a çatdırılıb. (Trend)

DİGƏR XƏBƏRLƏR

Top