Geriyə salto atlayan “Robot gepard” - VİDEO


Massaçusets Texnologiya İnstitutu (MIT) geriyə salto edən “Mini Cheetah” adlı dördayaqlı robotun iştirakını əks etdirən video yayınlayıb.

Yeniavaz.com “ICTnews”a istinadən xəbər verir ki, məlumata görə, “robot gepard” geriyə salto atlayan ilk dördayaqlı robotdur. Çəkisi 9 kq təşkil edən robotun hərəkət diapazonu ona gimnastla mübarizə aparmağa imkan verir. “Mini Cheetah” əyilə və ayaqlarını geniş aça, nahamar yerlərdə insandan iki dəfə sürətli hərəkət edə bilir. Yıxılan zaman robot tez və müstəqil ayaq üstə qalxır. Onun ayaqüstü vəziyyətdə geriyə salto etmək bacarığı isə daha heyrətləndiricidir.   

Tədqiqatçıların sözlərinə görə, “Mini Cheetah” dözümlü şəkildə layihələndirilib. Modul prinsipi üzrə yığılan robotun əl-ayaq və ya mühərrikinin sınması zamanı istənilən detalı çox asanlıqla yenisi ilə əvəzləmək mümkündür.

Təkmilləşdirilmiş “mini-gepard”ın mayda keçiriləcək robot texnikası və avtomatlaşdırma üzrə beynəlxalq konfransda nümayişi planlaşdırılır. 

 

 

DİGƏR XƏBƏRLƏR

Top