Dünyada ikinci xəstə QİÇS-dən sağaldı


Böyük Britaniyada tibb tarixində ikincə dəfə QİÇS xəstəliyindən sağalma faktı qeydə alınıb.

Yeniavaz.com “The Guardian”a istinadən xəbər verir ki, xəstəyə QİÇS -ə qarşı dayanıqlığı olan nadir donorun iliyi köçürülüb. Köçürülmədən 3 il sonra və 18 ay antiretrovirus terapiyasından sonra xəstədə adıçəkilən virusun hüceyrələrinə rast gəlinməyib.

Bununla belə professor Ravindra Qupta tam uğurdan danışmağın hələ tez olduğunu bildirib. “The Guardian” yazır ki, sözügedən müalicə üsulu həm bahalıdır, həm də ki, sözügedən nadir genetikaya malik donorların sayı çox azdır.
Qeyd edək ki, QİÇS-dən sağalma ilk dəfə baş vermir. 2007-ci ildə Almaniyada ilk dəfə QİÇS xəstəsinə nadir genetikaya sahib ilik köçürülmüş və həmin xəstə də sağalmışdı.

DİGƏR XƏBƏRLƏR

Top