Bakıda qeyri-adi oğurluq - Bir ayda bir neçə brilyant boyunbağı


Bakıda bir ayın içində bir neçə zərgərlik mağazasından oğurluq hadisəsi olub.

Hadisə Mərkəzi Univermaq (MUM) və Moskva Univermağındakı zinət əşyaları mağazalarında qeydə alınıb.

Mağazalardan oğurluq edən şəxs isə 1994-cü il təvəllüdlü Murad Mehman oğlu Əbdürrəhimovdur.

Zərərçəkmiş şəxslər Trend-ə bildiriblər ki, M.Əbdürrəhimov zinət əşyaları satılan mağazalarla əlaqə saxlayaraq seçdiyi bir neçə brilyant qaşlı boyunbağını evinə çatdırmağı xahiş edir. Kuryer ünvana çatdıqda isə oğru kirayə götürdüyü avtomobillə təyin etdiyi ünvana gəlir. Məhsulları ondan götürərək əvəzində maşının açarlarını verir, kuryerdən avtomobildə əyləşməyi xahiş edir və bildirir ki, zinət əşyalarını həyat yoldaşına göstərib qayıdır. Ancaq saatlar keçsə də, M.Əbdürrəhimov geri qayıtmır.

Hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsində şübhəli şəxsin axtarışları davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top