Bakıda 18 yaşlı gənci qarət etdilər - Tanışları


Bakı sakini küçədə soyğunçuluğa məruz qalıb.

Bu barədə polisə Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan qəsəbə sakini, 2001-ci il təvəllüdlü Məmmədbəyli Tofiq Toğrul oğlu məlumat verib.

O bildirib ki, martın 3-də tanışları Gülməmməd, Ceyhun və Ayxan adlı şəxslər paytaxtın Nəsimi rayonu, M.Qaşqay küçəsi 36 ünvanında onun "Samsung-J2-prima" markalı mobil telefonunu danışmaq adı ilə alsalar da, sonradan telefonu qaytarmayıb, hadisə yerindən qaçıblar.

Polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü Məcidov Gülməmməd İlqar oğlu saxlanılıb, digər şəxslərin isə axtarışları davam etdirilir. (Trend)

DİGƏR XƏBƏRLƏR

Top