Azərbaycanı UEFA Kubokunda təmsil edən futbol klubu ləğv olundu


Azərbaycanı UEFA Kubokunda və UEFA Intertoto Kubokunda təmsil edən İmişli rayonunun "MKT-Araz" futbol klubu ləğv olunub. Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, 2004-cü ildə rəsmi qeydiyyata alınan "MKT-Araz" futbol klubu ləğv olunduğunu və "MKT İstehsalat Kommersiya" MMC-yə qoşulduğunu elan edib. 
Məlumat üçün bildirək ki, "MKT-Araz" futbol klubu 2004-2007-ci illərdə ölkə çempionatının Güclülər Dəstəsində çıxış edib. 2006-2007-ci il mövsümündə Azərbaycan Kubokunun finalında oynayıb. Azərbaycanı 1 dəfə UEFA Kubokunda, 1 dəfə də UEFA Intertoto Kubokunda təmsil edib. "MKT-Araz" sonuncu dəfə 2011-2012-ci il mövsümündə Birinci divizyonda oynayıb və mövsümü 36 xalla 7-ci sırada tamamlayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top