Cənubi Koreyada adambaşına düşən ümumi milli gəlir 30 min dolları keçdi


Cənubi Koreyada adambaşına düşən ümumi milli gəlir ötən il 31249 dollar təşkil edərək ilk dəfə 30 min dollar həddini keçib. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Koreya Mərkəzi Bankının məlumatında deyilir. Məlumata əsasən, bu göstərici 2017-ci illə müqayisədə 5,4% artıb. Bununla da Cənubi Koreya ümumi milli gəliri 30 min dollar həddinə çatmış əhalisi 50 milyondan çox olan sayca yeddinci ölkə olub. Siyahıda ilk yerləri ABŞ, Yaponiya, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya tutur.

DİGƏR XƏBƏRLƏR

Top