Hər bir Azərbaycan vətəndaşının beynəlxalq təşkilatlara 895 dollar borcu var


Azərbaycanın əməkdaşlıq etdiyi müxtəlif beynəlxalq maliyyə-kredit qurumları ilə 2019-cu il yanvarın 1-i tarixinə bilavasitə hökumətə verilən və dövlət büdcəsi vəsaiti hesabına xidmət edilən ümumi məbləğ 14 milyard 169 milyon dollar ekvivalentində kredit sazişləri imzalanıb.
Yeniavaz.com Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatına istinadən bildirir ki, imzalanan sazişlər üzrə ayrılan kreditlərdən ümumilikdə 12 milyard 393,9 milyon dollar ekvivalentində vəsait istifadə edilib.
Sənəddə qeyd edilib ki, 2019-cu ilin 1 yanvar tarixinə istifadə edilən kreditlər üzrə ümumilikdə təqribən 3 milyard 466,8 milyon dollar məbləğində əsas borc qaytarılıb.
Dövlət zəmanəti ilə verilən xarici borcun qalıq məbləği borcalan təşkilatların təqdim etdiyi hesabat məlumatlarına əsasən 2019-cu il 1 yanvar tarixinə 8 milyard 927,1 milyon dollar ekvivalentində olub.
Adambaşına düşən xarici dövlət borcunun məbləği 2018-ci ilin 1 yanvar tarixi ilə müqayisədə 54,5 dollar azalaraq, 2019-cu il 1 yanvar tarixinə 895 dollar təşkil edib.
 

DİGƏR XƏBƏRLƏR

Top