“İmanovlara dövlət tərəfindən heç bir qadağa qoyulmayıb”


Mədəniyyət naziri Əbülfəs Qarayevbu gün keçirdiyi mətbuat konfransında İmanov qardaşlarına qoyulan qadağa məsələsinə də toxunub.

Nazir qeyd edib ki,  Tahir İmanovun rəhbəri olduğu “Planet Parni iz Baku” teatrının fəaliyyəti Mədəniyyət Nazirliyi tərəfindən diqqət mərkəzində olub.

“Onlara dövlət tərəfindən heç bir qadağa qoyulmayıb. Özəl şirkətlər, telekanallar tərəfindən qadağalar var.  Mən özəl şirkətlərin fəaliyyətinə birbaşa müdaxilə edə bilmərəm, sadəcə məsləhət verə bilərəm”.(qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top